Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin ona gözlənilmədən etdiyi təklif barədə açıqlama verib.ANS PRESS-in məlumatına görə, Ankarada Atatürk Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Ərdoğan bildirib ki, Putin ona "Cənub axını" layihəsinin adının "Türk axını" qoyulmasını təklif edib.
"Putinlə son görüşümüzdə belə bir qərar aldıq ki, "Cənub axını" dayandırılsın. Putin onu da dedi ki, bu layihənin adını "Türk axını" qoya bilərik. Yeni kəmər Qara dənizdən keçərək Türkiyə sərhədlərindən Yunanıstana qədər gedəcək. O, bunu həyata keçirə bilərik dedi", deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Türkiyədə səfərdə olarkən "Cənub axını" layihəsinin dayandırıldığı barədə açıqlama vermişdi.
Mənbə: ANS PRESS