Qadin.NET / Gözəlliyin vahiməli tərəfləri haqqında bilmədikləriniz

Gözəlliyin vahiməli tərəfləri haqqında bilmədikləriniz

 


Son dövrlər ölkəmizdə sağlam həyat tərzi keçirmək dəbə minib. İdman zalları zirzəmilərdən elit binalara daşınır. İstər qadınlar, istərsə də kişilər gözəl bədən quruluşuna malik olmaq üçün sanki yarışa çıxıblar. Bir sözlə, indi pivə içib dəmlənmək, siqareti tüstülədə-tüstülədə gəzmək dəbdə deyil. Qüsursuz bədən quruluşu dəbdədir. 
Paytaxt marketlərində idman qidaları satılan bölmələr də yaranıb. Bəs bu cür qidalar faydalıdır, yoxsa zərərli? İdman qidası nə deməkdir? Bu nə üçün lazımdır? Təhlükəli deyilmi? 
İlk növbədə bu cür qidalara vurulmuş "kimya" damğasını götürmək lazımdır. Çünki həmin qidalar əczaçılıq məhsulları deyil. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, idman qidaları bir neçə kateqoriyaya bölünür və hər birinin müəyyən hədəfi var. Əsas bölmələr: zülallar, geynerlər (əzələ kütləsini artırmaq üçün birləşmələr), vitaminlər və minerallar, energetik dərmanlar, amin turşuları, yağ yandırıcılar. 
Zülal hər bir orqanizm üçün vacib olan maddədir. Zülalların orqanizmdəki funksiyası fərqlidir. Maddələr mübadiləsində zülallar əhəmiyyətli rol oynayır. İdmançılar üçün isə bu fərqli məqsəd üçündür - əzələ kütləsinin artırılması. Əzələ kütləsi əsasən zülallardan ibarətdir. Zülal həm də əsas dietik komponentdir. Zülal bütün qidalarda olsa da, idmançı üçün həmin qidalarda olan zülal miqdarı kifayət deyil. 
İdman qidalarında ikinci yeri qeynerlər tutur. Bunlar balanslaşdırılmış zülal və karbohidrogen kompleksləridir. Bura adətən keratin, amin turşuları və vitaminlər əlavə olunur. Bu qidanın əsas missiyası qısa zamanda bədən çəkisini və enerji ehtiyatını artırmaqdır. 
Zülal-karbohidrogen kompleksi arıq bədən quruluşuna sahib insanlara tövsiyə edilir. Orqanizmdə maddələr mübadiləsi güclü gedən insanlara da geynerlər tövsiyə olunur. Bədən çəkisini artırmaq istəyənlərə gündə üç porsiya geyner qəbul etmək məsləhətdir. 

Mənbə:Milli.Az

 

2 dekabr 2014
GO BACK