Qadin.NET / Hərbi Akademiyanın magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə

Hərbi Akademiyanın magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə

Sabah Hərbi Akademiyanın magistraturasına qəbul imtahanı keçiriləcək

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirəcək.
Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib.
İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq. Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqlarıdır.

Mənbə:Milli.Az
1 dekabr 2014
GO BACK