Qadin.NET / Depressiyalar dövrü yaxındadır

Depressiyalar dövrü yaxındadır

 

Təxminən bir aydan da az müddətə qış fəsli həyatımıza daxil olur. Dekabrın 22-dən etibarən soyuq fəsil rəsmən ölkəmizə qədəm qoyacaq. Bu arada, alimlər isə qışın depressiyalar mövsümü olduğunu elmi cəhətdən sübuta yetiriblər.
Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Oreqon universitetinin alimləri bu istiqamətində araşdırma aparıblar. Məlum olub ki, qış fəslində mövsümi depressiya geniş yayılır. O, insanda pis əhval və darıxma hissi yaradır. Belə hallarda insan ətrafda baş verən hər şeyə biganə münasibət bəsləyir.
Məsələnin mahiyyəti heç də çöldəki soyuqla bağlı deyil. Əsas mahiyyət işıq çatışmazlığı ilə bağlıdır.
Mütəxəssislər qış fəslində yuxulu olmağı, iştahın pozulmasını orqanizmdə sutkalıq bioritmi nizama salan melatonun hormonunun çatışmazlığı ilə izah edirlər. Bundan başqa, orqanizmdə reaksiyalara, ünsiyyətcilliyə və digər sosial aktivliyə cavabdeh olan serotonin hormonu da az olur. Bu hormonun çatışmazlığı insanda depressiya və güclü miqrenə yol aça bilir.
"Qış yuxusundan" xilas olmaq üçün mütəxəssislər pozitiv əhvalı qorumağı, tez-tez insanlarla görüşməyi, kinoteatrlara, rəsm qalereyalarına getməyi, daha çox təmiz havada gəzməyi, gimnastik hərəkətlər etməyi tövsiyə edirlər.

Mənbə:Milli.Az

 

30 noyabr 2014
GO BACK