Qadin.NET / Gözəllik salonları müxtəlif xəstəliklərə yoluxma riskini artırır

Gözəllik salonları müxtəlif xəstəliklərə yoluxma riskini artırır

 

Hepatitlər, QİCS kimi xəstəliklərə yoluxma üsullarından biri də gözəllik salonlarıdır. Steril olmayan alətlərdən istifadə yoluxma riskini artıran faktorlardandır. 
Hər birimiz gözəlləşmək arzusundayıq. Amma unutmamalıyıq ki, sağlığımız gözəllikdən daha önəmlidir. Buna görə peşəkarlara müraciət etməliyik. 
İşinin peşəkarı olmaq, sadəcə, ona müraciət edən xanıma yaraşan saç düzümü, makiyaj etmək deyil, həmçinin iş prosesində istifadə edəcəyi alətləri təmiz saxlamaqdır. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, mütəxəssislər məsləhət görürlər ki, hər hansı bir prosedur üçün gözəllik salonuna gedərkən, alətlərin sterilizasiyasının necə keçdiyinə nəzarət etmək lazımdır, ən yaxşı halda isə müəyyən alətləri özümüzlə aparmalıyıq.
Lalə Cəfərova
, həkim-infeksionist: “Qadınların çox ehtiyac duyduğu sahədir. Manikura, pedikura gedirlər. Son zamanlar tatuajlar çox olunur. Bunları edərkən fikirləşmək lazımdır ki, hansı fəsadları ola bilər. Hər bir şəxs çalışmalıdır ki, özünün dəsti olsun. Bunlar evdə yuyulur, sterilizasiya olunur. Özü bilir ki, xəstəliyi var, ya yox....”

Tatu, pirsinq, manikur, pedikur kimi selikli qişanın və dəri örtüyünün zədələnməsi ilə bağlı digər manipulyasiyalar da mütləq şəkildə steril alətlərlə həyata keçirilməlidir. Buna görə də steril alətlərdən istifadə olunacağına əmin deyilsizsə, ən yaxşısı sağlamlığı riskə atmamaq və prosedurdan imtina etmək lazımdır. 

Mənbə:Milli.Az

 

30 noyabr 2014
GO BACK