Qadin.NET / Məşhur futbolçunu 25 il həbs gözləyir

Məşhur futbolçunu 25 il həbs gözləyir

 

Məşhur futbolçunu 25 il həbs gözləyir

İtaliyanın "İnter" klubunun keçmiş oyunçusu Adriano Leyte Ribeyro narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə həbs oluna bilər.ANS PRESS-in məlumatına görə, futbolçu saxta sənədlərin hazırlanmasında da şübhəli bilinir.Adrianonun üzərində narkotik ticarəti ilə bağlı şübhələr bu yaxınlarda meydana gəlib. Hər iki cinayətə görə hücumçunu 25 il azadlıqdan məhrum etmə cəzası gözləyir. Məhkəmə baş tutana qədər o, azadlıqda qalacaq. Prokurorluq onu həbs etməyə lüzum görməyib. Araşdırmalara görə, forvard narkotik ticarətçilərindən motosiklet satın alıb.

 

Mənbə: ANS PRESS

6 noyabr 2014
GO BACK