[center][/center]“Ümumiyyətlə banan uşaqlar üçün yarasızdır. Təəssüf ki, bu meyvə bir çox ailələrdə uşaqların əsas qidasına daxil edilib. O ki qaldı, “Ebola” virusunun daşıyıcısı olmasına, bu barədə nə eşitmişəm, nə də məlumatım var. Bu ola da bilər, amma reallığını təsdiq edəcək faktla qarşılaşmamışam”.ANS PRESS-in məlumatına görə, börə bunu modern.az-a açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev bananın “Ebola” daşıyıcısı olması ehtimalına münasibət bildirərkən söyləyib.Həkim iddia edib ki, bizim ölkəyə gətirilən bananları yetişməmiş palmalardan yığırlar, hansı ki, bu meyvələr dəmir kimi olur.“Kal-kal yığıb Azərbaycana gətirir, uzun müddət burda anbarlarda saxlayırlar, saralanda, yəni xarab olanda satışa çıxarırlar. Əslində banan palma ağacında yetişməlidir. Ağacda yetişdikdən sonra dərilən banan istifadəyə tam yararlıdır. Bizim iqlimlə, torpaqla uyğunlaşan qida olmadığından bananın Azərbaycanda istifadəsi də məqbul sayılmır. Bu meyvə isti iqlimi olan Afrika ölkələri üçün daha yararlıdır. Mən həkim kimi bananı Azərbaycanda uşaqlara məsləhət görmürəm”.Qeyd edək ki, banan “Ebola” virusunun geniş yayıldığı Afrika və Cənubi Amerika ərazilərində yetişdiyindən, meyvənin bu qorxulu virusun daşıyıcısı ola biləcəyi ehtimalı irəli sürülür.
Mənbə: ANS PRESS