Azərbaycanda uşaqlara 10 yoluxucu xəstəliklərə qarşı peyvənd vurulur. Bu xəstəliklərdən hepatit B, vərəm və polmeitə qarşı peyvənd uşaq doğulandan bir həftə ərzində vurulur. Daha 4 peyvəndə uşaqlar iki aylıq olanda qoşulur. Bir yaşında isə qızılca, məxmərək qarşı peyvənd olunur. Vərəmə qarşı edilən mantu sınaqları isə 18 yaşına qədər müxtəlif yaşlarda edilir. Bəzən bu sınaqlar zamanı uşaqlarda ölüm və ağırlaşma hallarının olması insanlarda peyvəndə qarşı xof yaradır. Çoxları bundan könüllü şəkildə imtina edir. Amma peyvəndsiz uşağın bir qrup yoluxucu xəstəlikdən ölə biləcəyidə bildirilir. Ona görə də həkimlər gələcək sağlamlıq üçün peyvənd vurulmasını vacib hesab edir.Hər bir uşaq peyvəndən qabaq həm sahə pediatoru ilə həmdə nevropatoloqla məsləhətləşməlidir. Onların icazəsi olandan sonra peyvənd aparılır.
Hazırda dünyanın 180 ölkəsində İnvizasiya proqramı həyata keçirilir. Bu vaksinasiya proqramı Dünya Səhiyyə Təşkilatının və Amerika Birləşmiş Ştatlarının Qida və Dərman Administrasiyasının xüsusi rəyi ilə həyata keçirilir. Xüsusən payız, qış fəslində qripə qarşı vaksinasiyalar edilir. Bu ümumi dövlət proqramından kənar pasientin şəxsi istəyi ilə həyata keçirilir.
Mənbə: ANS PRESS