Şirniyyatlar, xüsusən tortlar yaşından asılı olmayaraq hər kəsin ən sevdiyi qidalardır. Amma şirniyyatların çox qəbulu insan orqanizmində ciddi problemlər yaradır.“Salam Azərbaycan” verilişi bu məsələ ilə bağlı araşdırma apardı. Araşdırma zamanı aydın oldu ki, həkimlər şirniyyatı yeməkdən sonra desert kimi qəbul edilməsini məsləhət görürür. Şirniyyat əslində uşaqlar üçün ən təhlükəli qidalardan biridir. Onun həddindən artıq qəbulu bir çox problemlər meydana çıxardır ki, bunlar zaman-zaman orqanizmi zəhərləmiş olur. Respublikanın baş pediatrı Nəsib Quliyev azyaşlı uşaqlara şəkər xəmirindən hazırlanan şirniyyatların yedizdirilməsinə qarşıdır. Onun sözlərinə görə, bu qidaların ziyanı xeyirindən daha çoxdur və onlar azyaşlıların səhhətində ciddi problemlər yarada bilər.“Üç yaşından böyük uşaqların qidalandırılması zamanı əlbətdə ki, böyüklərdən heç zaman eyniləşdirmək olmaz. Nə qədər ki, uşaqların böyümələri valideyinlərinə çatmayıbsa, yetkinlik səviyyəsində deyilsə onların qidası fərqli olmalıdır. Uşaqlara biz qəti şəkildə məsləhət görmürük ayaq üstü qidalarla, “fast-food” la qidalasınlar. İstər məktəbdə istərsə, də evdə uşaqlar maksimun dərəcədə təzə meyvə -tərəvəzlər, evdə hazırlanmış qidalarla qidalanmalıdır. Şirniyyatlar bir qayda olaraq əsasən yeməkdən sonra istifadə olunmalıdır. Təsadüfü deyil ki, dünyada buna desert gəlsin deyirlər. Nə qədər ki, şirniyyat yeməkdən əvvəl, ayaqüstə qəbul edilərsə uşağın iştahı aradan qalxacaq, iştahsızlıq əmələ gələcək.” Belə qidanın müntəzəm istifadəsi insanlarda aludəçəlik yaratmaqla yanaşı, sağlam qidaya olan həvəsi də öldürür yəni, işdahsızlıq yaradır. Şəhər sakinləri də şirniyyatların zərərindən xəbərdar olduqlarını və bununla mübarizə apardıqlarını bildirdilər. Şəhər sakini deyir ki, kiçik yaşda uşaqların qidasında vitaminlər bol olmalıdır. Yeməklərin tərkibində meyvələr, süd məhsulları, ağartı məhsullarının daha çox yer almalı olduğunu vurğulayan sakin şirniyyatın, un məhsullarnın yeməkdən sonra qəbulunu məsələhət bildi. Şirniyyatlar tez-tez verilməməsi lazım olan qidalardan sayılır. Uşaq şirniyyatla mümkün qədər gec yaşlarında tanış edilməlidir. Şəkər xəmiri kimi, tərkibi bilinməyən şirniyyatlar isə ümumiyyətlə rasiondan çıxarılsa daha yaxşı olar.
Mənbə: ANS PRESS