Qadin.NET / Filmlərin dublyajından razısınız?

Filmlərin dublyajından razısınız?

 

Dünya kinematoqrafı zəngin və rəngarəngdir. Bu xəzinəyə nəzər yetirmək üçün dil biliyi olmalıdır.

Elə xoşbəxtlər var ki, filmlərə öz dilində - adətən də ingilis dilində baxa bilirlər. Qəhrəmanların səsləri, küylü fon, musiqi belə hallarda tam harmoniyada olur, səhnəni daha aydın dərk etməyə yardımçı olur. 
Ancaq ingilis dilini bilən hər adam filmlərə bu dildə baxa bilmir. Çünki dili adətən ədəbi səviyyədə öyrənirlər deyə, xalq danışıq dilindən istifadə edilən bu filmləri dərk etmək olmur. Hətta bu sözləri dil mütəxəssisləri barədə də demək olar. 
Sovetlər dövründə o vaxtkı dublyaj həmin problemi həll edirdi. Gəlin razılaşaq ki, sovet dublyajı çox peşəkar idi. Xarici aktyorların səsləri diqqətlə seçilirdi, qəhrəmanın xarici görkəminə və xarakterinə uyğun olurdu. 
Milli.Az Day.Az saytına istinadən bildirir ki, Azərbaycan dilindəki tərcümələrdə də problemlər var. Sovet dövründə tərcümə olunmuş filmlər mükəmməldir. Bəzən o filmlərin başqa dildə çəkildiyini də unudursan. 
Təəssüflər olsun ki, köhnə məktəb artıq itirilib, ənənə zənciri qırılıb. Filmlərin səsləndirilməsi ilə yerli telekanallar məşğul olurlar və elə də yaxşı alınmır. Xüsusilə də qəhrəmanın danışığı fonunda bütün səslər yığışdırılanda tamaşaçı qıcıqlanır. Qəhrəmanın səsləri vakuumdakı kimi eşidilir. Ekranda obrazı canlandıran aktyor böyük bir nitq söyləyir. Azərbaycanlı tamaşaçıya isə bir neçə söz çatdırılır. Ya tərcüməçi həmin cümləni anlamayıb, ya da başqa bir şey...
Bununla yanaşı, tamaşaçılar tərcümə etmək üçün film seçimindən də narazıdırlar. Hansısa maraqsız, baxış sayı az olan kino və cizgi filmləri tərcümə edilir. Maraqlı filmlərə isə tamaşaçılar rus dilində dublyajda baxmalı olurlar. Bu cür filmlərin dublyajına pul xərcləməyə dəyərmi? 
Elə kanallar da var ki, bu işə daha peşəkarcasına yanaşırlar. Tamaşaçılar bu kanalların kinoseanslarını buraxmamağa çalışırlar. Bu da həmin telekanlların reytinqini artırır. Çünki kino hələ də tamaşaçıların ən sevimli janrlarıdır. Nə qədər əyləncə, musiqi və digər proqramlar reytinqli olsalar da, heç biri kinonu əvəz edə bilmir. 
Bəs siz film dublyajlarından razısınızmı? Narazılıqlar əsas nədən ibarətdir? Yerli tərcümələrin hansı cəhətləri sizdə qıcıq yaradır? 

Mənbə: Milli.Az

 

5 sentyabr 2014
GO BACK