Qadin.NET / Onların pəhrizi sizə ancaq zərər verər

Onların pəhrizi sizə ancaq zərər verər

 

Milli.Az Day.Aza istinadən bildirir ki, "Р­С…Рѕ" qəzeti "korektoloq"dan müsahibə götürüb. 
İki il əvvəl qəzetin müxbiri Sankt-Peterburqun çəkiyə nəzarət üzrə tibb müəssisələrindən birinin baş həkimi olan Səlim Səlim oğlu Haqverdiyevlə  söhbət etmişdi.  İxtisasca cərrah olan S.Haqverdiyev başqa ixtisas üzrə istiqamət aldı, endokrinoloq olduqdan sonra özünü zarafatca "korrektoloq" adlandırdı. Yəni çəkiyə çəki-düzən verən adam. Onunla müsahibə böyük rezonans doğurdu, çünki oxucuların əksəriyyəti onu dietoloq-həkim sanmışdılar və məktublarının ardı-arası kəsilmirdi. 
- Sizi dietoloq adlandırmaq olar? 
- Prinsipcə, olar. Amma sualın qoyuluşu necədir? Çoxları "pəhriz" sözünü necə qəbul edirlər? Artıq çəkini atmaqda onlara kömək edəcək məhdud ərzaq toplusu. Tərəvəz, süd, sitrus, hətta şokolad pəhrizi. İstənilən halda "pəhriz" deyəndə onu adamlar eynitipli ərzaq qrupu kimi qəbul edirlər. "Pəhriz" sözünün mənası isə daha genişdir. Pəhriz - müəyyən minimumdur. O, tibbi baxımıdan ərzaqların, ümumbəşəri baxımdan - qidanın qəbul olunmasının fərdi seçimidir. Çünki yunan dilindən tərcümə edəndə "dieta" - "həyat tərzi" deməkdir. Bu minvalla, pəhriz siyahısına sizin hətta çox yeyə biləcəyiniz ərzaqların böyük siyahısı daxildir. 
- Qəzet, jurnal, İnternet saytlarında dərc olunan pəhrizlərdən istifadə etmək nə dərəcədə düzgündür? 
- Əgər riski sevirsinizsə, əlbəttə, olar. Əgər arıqlamaq, maddələr mübadiləsinin pozulması səbəbindən olmayan, çoxlu yemək nəticəsində əmələ gələn artıq çəkidən xilas olmaq istəyirsinizsə, yoxlamaq olar. Ancaq real olaraq arıqlamaq istəyirsiniz və səhhətinizdə müəyyən problemlər varsa, özü də təkcə mübadilə prosesində deyil, o zaman mütləq həkimdən məsləhət almalısınız.
Əgər qastrit, mədə xorası, görmə problemi, ürək-damar sistemində qüsurlar və s. sizi narahat edirsə, o zaman KİV-dən aldığınız ən yaxşı pəhriz belə, sizə kömək etmək əvəzinə zərər vuracaq. Bunu illərdir deyirəm, ammma məni az adam eşidir. Deyirlər: "Axı kömək edir!" Kimə zərər vurursa, o susur, çünki öz axmaqlığından utanır. Ay vətəndaşlar, anlayın artıq, hər kəsə kömək edən pəhriz yoxdur! Beləsini fikirləşməyiblər. Heç fikirləşib tapmayacaqlar da! Lap qoroskop kimi. Hər kəsin öz, fərdi qoroskopu olduğu kimi, fərdi pəhrizi olmalıdır. 
Pəhriz tək arıqlamaq üçün deyil, o hər hansı xəstəlikdən, narahatlıqdan qurtarmaq üçündür. Arıqlamaq üçün həyat tərzini dəyişmək, idmanla məşğul olmaq, yuxu rejimini dəyişmək lazımdır. Özü də bu, tam siyahı deyil. 

Mənbə: Milli.Az

 

29 avqust 2014
GO BACK