Qadin.NET / Instagram yeni proqram əlavəsi buraxıb

Instagram yeni proqram əlavəsi buraxıb

Instagram yeni proqram əlavəsi buraxıb
Instagram sosial şəbəkəsinin yeni "Hyperlapse" proqram əlavəsi videonu kameranın titrəməsi olmadan çəkməyə imkan verəcək. ANS PRESS-in məlumatına görə, bu yeniliyi Moda Həftələri ərəfəsində moda sənayesinin insayderləri üçün böyük hədiyyə hesab etmək olar. "Hyperlapse" yeniliyinin köməyi ilə müxtəlif sürətlə video çəkmək olar. Proqram əvvəllər ştativ və ya digər bahalı cihazın köməyi ilə çəkilən videoları da lentə almağa imkan verəcək."Hyperlapse"la çəkilən videonu həm Instagram-da, həm də Facebook-da paylaşmaq olar. Proqramı artıq iOS əməliyyat sistemləri olan smartfonlar üçün yükləmək mümkündür.

Mənbə: ANS PRESS

28 avqust 2014
GO BACK