Qadin.NET / Bakının məşhur supermarketlərində yalançı lotereya

Bakının məşhur supermarketlərində yalançı lotereya

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Bakının məşhur supermarketlərində keçirilən lotereya ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, komitənin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "Araz" və "Endi" supermarketlərində stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib. QKDK "Araz" və "Endi" supermarketləri tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.
Dövlət Komitəsi həmçinin bildirir ki, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "Veysəloğlu" MMC-nin tərkibində olan "Ulduz" şokolad fabrikinin "Şanlı ev" kampaniyası adlı stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib və dayandırılması barəsində göstəriş verilib.
QKDK "Veysəloğlu" MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.
Mənbə:Milli.Az 

 

7 avqust 2014
GO BACK