Qadin.NET / Pambıq şəkəri necə hazırlanır?

Pambıq şəkəri necə hazırlanır?

 

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, yay aylarının əvəzolunmaz ləzzətlərindən biri də pambıq şəkəridir. Sadə tərkibli və görünüşə malik bu şəkəri, yəqin ki, sevməyən yoxdur. Bəs görəsən, onun hazırlanma qaydası necədir, hər kəsə məlumdurmu? 
Teymur Rzayev - şəhər sakini: “Pambıq şəkərinin şəkərdən hazırlandığını bilirəm, amma tam necə hazırlandığını bilmirəm”.
Orxan Məmmədov - şəhər sakini: “Yox, elə məlumatım yoxdur. Amma bilmək istəyərdim”.
Peşmək, yəni bizim pambıq şəkəri adlandırdığımız şirniyyat növü yalnız toz şəkəri və qida boyasından ibarətdir. Qida boyası şəkərin dadına təsir etmir, sadəcə onun rəngli olmasını təmin edir. Bu vasitəylə sarı, yaşıl, mavi, çəhrayı peşmək hazırlamaq olar. Tərkibi sadə olsa da, xüsusi qurğu olmadan pambıq şəkəri hazırlamaq mümkün deyil. 
Satıcı: “Bunun içərisinə şəkər və vanil tökülür. Daha sonra düyməsi basılır və işə salınır. Daha sonra çubuq götürülür, isladılır və pambıq ona dolanır. Çubuq islanmasa, şəkəri saxlamaz”. 
Şəkərin pambıq halına gəlməsinə səbəb istinin təsiri ilə onun əriyərək, sentrifuqanın köməkliyi ilə qabın daxilindəki incə dəlikli süzgəcdən keçərək soyumasıdır. Qatı hal alan və qaba toplanan şəkər çubuq vasitəsi ilə bir yerə yığılır. 
Pambıq şəkərini çubuğa toplayarkən fərqli görkəm də vermək olar. Bu isə satıcının təxəyyülü və bacarığından asılıdır. 
Pambıq şəkəri Azərbaycanda olduğu kimi, dünyanın bir çox ölkəsində də sevilir. Alıcı və xüsusi ilə də turistlərin diqqətini çəkmək üçün bəzi istedadlı satıcılar əl qabiliyyətlərindən istifadə edərək pambıq şəkərinə müxtəlif görkəm verirlər. 

Mənbə: Milli.Az



 

5 avqust 2014
GO BACK