Qadin.NET / Bu günün tarixi

Bu günün tarixi

 

Bu günün tarixi


Miladi: 28 iyul 2014
Hicri: 30 Ramazan 1435
İlin 209-cü günü
İlin sonuna 156 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 05.10
Günəş - 06.33
Zöhr - 13.51
Əsr - 18.24
Məğrib – 21.17
İşa – 22.53
1402-ci ildə Osmanlı padşahı İldırım Bəyazid Ankara müharibəsində Əmir Teymura əsir düşüb
1723 - I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə müqaviləyə görə, Azərbaycan torpaqlarını tərk etdilər. Rusiya imperiyasının Azərbaycan üzərinə ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlandı. 
1741-ci ildə İtaliya bəstəkarı Antonio Vivaldi vəfat edib
1750-ci ildə Alman musiqiçisi İohan Sebastian Bax vəfat edib
1794-cü ildə fransız inqilabçı Maksimilian Robespier qiyotinlə başı kəsilərək edam edilib
1804-cü ildə Alman filosofu Lüdviq Feyerbax anadan olub
1821-ci ildə Peru istiqlaliyyətini qazanıb
1844-cü ildə Napaleonun qardaşı Cozef Bonapart vəfat edib
1914-cü ildə I Dünya müharibəsi başlayıb
1931 - Məşhur Azərbaycan neftçisi, geoloq Fərman Salmanov (1931-2007) Şəmkirdə anadan olub. 1960-1980-ci illərdə Qərbi Sibirdə 100-dən çox neft-qaz yatağının kəşfində iştirak edib, SSRİ Elmlər Akademiyasının müxbir üzvü olub. 
1935-ci ildə Xalq artisti, bəstəkar Vasif Adıgözəlov dünyaya gəlib
1937-ci ildə bəstəkar Müslüm Maqomayev vəfat edib
1990 - Azərbaycanda demokratik qüvvələrin ilk ümumrespublika forumu keçirilib. Parlament seçkiləri (sentyabr 1990) ərəfəsində bir araya gələn 20-dən çox ictimai təşkilatın iştirakı ilə
"Demokratik blok" yaradılıb. 
1993-cü ildə ədəbiyyatşünas Qasım Qasımzadə vəfat edib
2001 - Türkmənistan Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində istismar etdiyi "Azəri" və "Çıraq" yataqlarının, həmçinin "Kəpəz" neft-qaz strukturlarının ona məxsus olması barədə Azərbaycana nota göndərib. Bakı buna cavab olaraq ilk iki yatağın istisnasız olaraq Azərbaycana məxsus olduğunu, "Kəpəz" strukturu ilə bağlı isə konstruktiv danışıqlara hazır olduğunu bildirib.

Mənbə: ANS PRESS

 

28 iyul 2014
GO BACK