Qadin.NET / "Qarabağ" artıq Valettadadır

"Qarabağ" artıq Valettadadır

 

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" Maltaya çatıb.Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Maltanın "Valletta" klubuyla qarşılaşacaq komandamız artıq oyunun keçiriləcəyi şəhərdədir.Ağdam klubu Bakı vaxtı ilə 19:30-da Zalsburq - Valletta reysiylə yola çıxıb. Təxminən 3 saatlıq uçuşdan sonra komandamız Maltanın paytaxtına çatıb.Otelə çatar-çatmaz axşam yeməyi yeyən komanda istirahətə çəkilib.Qeyd edək ki, "Valletta" - "Qarabağ" oyunu sabah Bakı vaxtıyla saat 21:30-da start götürəcək.Qarşılaşmanı “İdman Azərbaycan” kanalı futbolsevərlərə təqdim edəcək.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK