Qadin.NET / Bədənimizi çimərlik üçün hazırlayaq

Bədənimizi çimərlik üçün hazırlayaq

 

Çimərlik mövsümü gəldikdən sonra bir çoxlarımız pəhrizlərə əl atmışıq ki, tez bir zamanda fiquramızı formaya salaq. Meyvə, tərəvəz və ya zülal pəhrizləri buna nümunədir. 

Milli.Az-ın təqdim etdiyi bu dəfəki pəhriz süd və süd məhsulları ilə bağlıdır. Bu məsləhətlərə əməl edərək çimərlikdə hamıdan gözəl bədən quruluşuna sahib xanım siz ola bilərsiniz. 
Süd məhsulları deyərkən kəsmik, xama, qatıq, yoqurt, ayran və digər məhsulları misal göstərmək olar. Ancaq bütün bu məhsullar arıqlamaq üçün faydalı deyil. 
Pəhrizin effektiv olması üçün konservantlar deyil, yalnız təzə məhsullar almaq gərəkdir. Həmin məhsulların yağlılıq səviyyəsi də aşağı olmalıdır. 
Əgər aşağıdakı pəhriz qaydalarına əməl etsəniz, bu, qısa zamanda daha çox çəki atmanıza yardımçı olacaq. 
Süd məhsulları ilə pəhriz zamanı orqanizmin dəstəklənməsi də vacibdir. Pəhrizin orqanizmə ziyan vurmaması üçün məhsullara meyvələr də qatmaq lazımdır. 
Beləliklə: 
Süd məhsulları ilə pəhrizə başlayarkən güdəlik qida qəbulunu 5-6 hissəyə bölmək lazıdır. Hər 2,5 saatdan bir qida qəbul etmək lazımdır. Süd məhsullarının içinə meyvə, tərəvəz və ləpə də qatmaq gərəkdir. 
Bir günlük qidalanmaq üçün nümunə: 
1-ci yemək - 2 stəkan bulama; 
2-ci yemək - 2 ədəd qaynanmış kartof; 
3-cü yemək - 150 qram yağsız kəsmik; 
4-cü yemək - təzə tərəvəz salatı; 
5-ci qida - 100 qram pendir; 
6-cı qida - 2 ədəd alma. 
Bu cür qidalanmanı 1-2 həftə davam etdirsəniz, istənilən nəticəni əldə edə bilərsiniz. Süd məhsullarına meyvə, tərəvəz və ya qoz-fındıq da qatmağı unutmayın.

Mənbə: Milli.Az

 

26 iyun 2014
GO BACK