Qadin.NET / İstidə südü bu cür saxlayın

İstidə südü bu cür saxlayın

İstidə südü bu cür saxlayın

Süd məhsulları orqanizm üçün əvəzolunmaz qida vasitələridir. Eyni zamanda tez xarab olan məhsullardır. Çünki süd mikroorqanizmlər üçün qida mənbəyidir. Südə düşən mikroorqanizmlər orada çox yaxşı inkişaf edir. Südü bu mikroorqanizmlərdən qorumaq üçün isə ilk növbədə temperatur rejiminə diqqət olunmalıdır. 
ANS TV-nin məlumatına görə, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, isteshsalat prosesində süd məhsullarını 6 dərəcədən yuxarı olmayan temperaturda bir neçə gün ərzində satılıb qurtarmalıdır. “Qablaşdırlmış südü 14 sutkaya qədər 6 dərəcənini altında axlamaq olar.“ 
Qısa müddətdə saxlanmalı olan süd məhsullarına dovğa, qatıq, ayran, kəsmik və bu kimi məhsullar daxildir. Amma məsələn süd sterilizə olunarsa, xüsusi paketlərdə, 20-25 dərəcə temperaturda 4-6 ay da saxlanıla bilər. Süd məhsulları içərisində insanların demək olar ki, hər gün istifadə ediyi pendirin də alınması zamanı diqqətli olmaq lazımdır. İstehsalat prosesində pendir məhsulları pasterilizə olunduğu üçün xəstəlktörədicilərdən müəyyən qədər sığortalanmış oluruq. Amma təsərrüfatlarda istehsal olunana pendir üçün bunu demək olmaz.
İmran Abdullayevin sözlərin görə, pendir duz məhsulunnda 30 gün yetişdirildikdən sonra satışa verilməlidir. Təzə pendir çiy süddən olur və çiy süd çox təhlükəlidir.”Əgər heyvan xəstədirsə onun südündə mastitis, stafilokok və digr qoruxulu xəstəliklər ola bilər.” 
Həmçinin saxlanma müddətini keçirsə və ya qablaşdırma düzgün aparılmırsa məhsulun keyfiyyət parametrləri aşağı düşür. İlk növbədə kif göbələklərinin əmələ gəlməsindən üzəri sarı və yaşıl təbəqə ilə örtülür. Bu da heyvanlarda olan qorxulu xəstəliklərə yoluxmaqla yanaşı göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Amma süd məhsullarının yarada biləcəyi xəstəliklər bununla da bitmir.
Həkim Arzu Musayeva dedi ki süd məhsulları mədə-bağrsaq xəstəliklərinin əsasını qoyur və formalaşmış mədə-bağırsaq xətəliklərinin ağırlaşmasına səbəb olur. 
Odur ki, gündəlik qidamızın vacib elementlərindən olan süd və süd məhsullarını alarkən onların istehsalat müddəti, hansı şəraitdə hazırlanması, qablaşdırılması, necə satılması kimi xüsuslara diqqət yetirin. Özünüzün və ailə üzvülərinizin sağlamlığının təminatı üçün.

Mənbə:anspress.com
21 iyun 2014
GO BACK