Qadin.NET / Hava haqqında

Hava haqqında

Milli.Az AzərTAc-a istinadən iyunun 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir.Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-22°, gündüz 29-34°, günün birinci yarısında yarımadanın bəzi yerlərində 37°-dək isti, Bakıda gecə 19-21°, gündüz 32-34° isti olacaqdır.Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcəkdir.Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-26°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.Temperaturun gecə 14-19°, gündüz 28-33°, bəzi yerlərdə 37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.Temperaturun gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.Temperaturun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.Temperaturun gecə 18-23°, gündüz 30-35°, bəzi yerlərdə 38° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.Temperaturun gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az
19 iyun 2014
GO BACK