ABI Research analitiklərinin versiyasına görə, Samsung Electronics korporasiyası ən yaxşı planşet kompüterlərinin istehsalçıları reytinqində yenidən liderdir. Tablet Competitive Assessment adlı tədqiqatda 23 ən böyük şirkət iştirak edib ki, onların da hər biri bir neçə meyar üzrə qiymətləndirilib.
Samsung şirkəti ən innovasiyalı planşet fərdi kompüteri istehsalçısı nominasiyasında qalib gəlib. Məhsulun satılması üçün ən uğurlu strategiya təklif edən şirkətlər arasında Apple şirkəti birinci olub. Ümumi hesab üzrə Samsung lider olub.
Lenovo şirkəti üçüncü yerdə qərarlaşıb. Çin şirkəti çeşidini artırmaq üçün xeyli iş görüb və hazırda geniş auditoriya arasında inkişaf etdirir.
Milli.Az İCTnews-a istinadən bildirir ki, ABI Researchin analitiki Stefani Van Vaktor deyir ki, Samsung və Apple şirkətlərinin sözsüz liderliyinə baxmayaraq, sözügedən bazarda rəqabət kəskinləşir, buna görə də yaxın illərdə mühüm dəyişikliklər istisna edilmir.
IDC analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə dünyada 50,4 milyon planşet buraxılıb ki, bu da ötən rüblə müqayisədə 35,7% azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu mobil elektronikanın tədarükü 3,9% yüksəlib. Apple şirkəti bu dövrdə 16,4 milyon iPad tədarük edib ki, bu da ötən illə müqayisədə 16,1% daha azdır. Bu halda Kaliforniya istehsalçısının bazar payı 40,2-dən 32,5%-dək azalıb.
Mənbə: Milli.Az