Qadin.NET / Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

 

Türkiyədə daha bir zəlzələ meydana gəlib.Milli.Az anspress-ə istinadən bildirir ki, zəlzələ Bakı vaxtı ilə 00:52-də, Egey dənizində baş verib. Zəlzələnin gücü Rixter cədvəli üzrə 3,6 bal gücündə olub. Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu rəsmi internet saytında bildirir ki, zəlzələ saat 22:52-də episentri Egey dənizində - yerin 8,8 kilometr dərinliyində, 3,6 bal gücündə meydana gəlib. 

Türkiyə baş nazirliyi təbii fəlakət və təcili yardım mərkəzi də zəlzələnin olması faktını təsdiqləyib. Xatırladaq ki, son bir neçə həftə ərzində Türkiyədə, xüsusən də Egey dənizi bölgəsində ən güclüsü 7,2 bal olmaqla, ardıcıl bir neçə zəlzələ meydana gəlib. 7,2 bal gücündə baş verən zəlzələ 1 nəfərin ölümünə, 226 nəfərin yaralanmasına gətirib çıxarmışdı.

Mənbə: Milli.Az

 

6 iyun 2014
GO BACK