Qadin.NET / "Qoy desinlər, eşşəyi də vardı"

"Qoy desinlər, eşşəyi də vardı"

Molla Nəsrəddinin qarpız qabığı ilə olan lətifəsini, yəqin, çoxları bilirlər: əvvəl qarpızı yarısınacan yeyib yola atır, deyir, qoy desinlər, bəy yeyib, harınlayıb, yarısını atıb, sonra qayıdıb qalan yarısını yeyir, deyir, qoy desinlər, bəyin nökəri də vardı, bir az gedəndən sonra ürəyi dözmür, qayıdıb qabıqları da yeyir, deyir, qoy desinlər ki, bəyin eşşəyi də vardı. 
İndi bu lətifənin nağılı olmasın, alimlər deyirlər ki, meyvə və tərəvəzləri qabıqlı, yarpaqlı yemək lazımdır. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ekspert Lorens Bikenin zənnincə, meyvə və tərəvəzləri istemala hazırlayarkən adamlar çox vaxt onların ən faydalı hissələrini atırlar. Məsələn, alim deyir ki, soğanın qabığını və brokkolinin yarpaqlarını atmaq olmaz. Soğanın qabığında kversetin var - o, qan təzyiqini aşağı salır, arteriyanın blokadasını aradan götürür. Həmçinin kversetinin iltihaba qarşı və antihistamin keyfiyyətləri də var. Deməli, o, histamin yaranmasını ləngidərək allergiyadan xilas edə bilər. Əgər əti soğanla bişirsələr, o zaman qovrulmuş ətdəki kanserogenlərin miqdarını azalmaq mümkündür. 
Yemişin qabığında sitrullin çoxdur - bu, damarların genişlənməsi və qan dövranının nomallaşması üçün gərəkli aminturşudur. Sitrullin seksual disfunksiya və hüceyrə anemiyası zamanı da effektlidir. Dietoloqlar yemiş qabığını smuziyə əlavə etməyi məsləhət görürlər. Eynilə brokkoli yarpaqlarını da smuziyə qataraq içmək olar. Bu zaman içkinin tərkibində karotinoid, A və C vitaminləri bol olacaq (A vitamini 320% və C vitamini - 155%). 
Portağal qabığı isə sellüloza, flavonoid və vitamin mənbəyidir. Portağal qabığındakı d-limonen adlı aktiv birləşmə yanğını aradan qaldırır və həzmi yaxşılaşdırır. Eyni zamanda C vitamini immuniteti artırır və respirator infeksiyalarla mübarizə aparmaqda kömək olur. Portağal qabığının cövhərindən antibakterial təmizlik vasitəsi, antirepellent kimi və piylərə qarşı istifadə etmək olar. Portağal qabığı təbii diş ağardıcısıdır. Qabığın altındakı ağ hissədəki pektin və sellüloza isə iştahı azaldır, təxminən 4 saat ərzində aclığı yox edir. 

Mənbə: Milli.Az

1 iyun 2014
GO BACK