Qadin.NET / İstidə bu məhsulları yeyin

İstidə bu məhsulları yeyin

Qarşıda bizi ən isti günlər gözləyir. Bəs bu isti havada sağlamlığımızı necə qorumalı? Bu problemlərədən bizi meyvə və tərəvəzlər xilas edəcək.  Temperatur qalxdıqca qan daha da durulaşır və orqanizmdə maye çatışmazlığı yaranır. Bu hallar ürək-damar sistemi, qan dövranına mənfi təsir edir.  Avropa kardioloqlar asossasiyası ürəyimizin işini yaxşılaşdıracaq yay məhsulları müəyyən edib. ANS PRESS bu məhsullar ilə oxucularını da tanış edir. 

 1. Cəfəri - bu göyərtinin cəmi bir qaşıq şirəsi arterial təzyiqi azaltmağa kömək edir.
 

İstidə bu məhsulları yeyin

2. Təzə pomidor - tərkibində olan maqnium sayəsində ürəyi möhkəmləndirir, damarların tonusunu artırır.

İstidə bu məhsulları yeyin

3. Ərik - ən yaxşı kalium mənbəyidir. Bu mikroelement maddələr mübadiləsində yaxından iştirak edir və ürəyin ötürücülük qabilləyini yaxşılaşdırır. Ərik şirəsi təzyiqi salır. Amma gündə iki stəkandan çox içmək məsləhət deyil.

İstidə bu məhsulları yeyin
4. Qara üzüm - ürək üçün vacib antioksidantlarla boldur. Üzümün tərkibində şəkər və kalori də çoxdur. Gündə 200 qramdan çox yeyilməsi məsləhət deyil.

 

İstidə bu məhsulları yeyin

5. Təzə kələm - C vitamini ilə zəngindir. Damarlara təmizləyici təsir göstərir, qanda olan toksinləri təmizləməyə kömək edir. Kələm şirəsi hipertoniya xəstələri üçün faydalıdır.

 

İstidə bu məhsulları yeyin
Mənbə: anspress.com 
24 may 2014
GO BACK