Qadin.NET / İmmunitetə nəzarət etmək olar?

İmmunitetə nəzarət etmək olar?

İnsan immunitetinin fəaliyyətini özü tənzimləyə bilər. Məlumdur ki, əsəb sistemi immunitetə təsir edir. Redbuad Universitetinin Tibb mərkəzinin əməkdaşı Mattxiys Koks bu məsələni araşdırıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onu Ginnesin Rekordlar Kitabına düşmüş Vim Xof maraqlandırıb. Soyuğadavamlı bu adam buzlu vannaya rahatlıqla girir, o, Kilimancaroya şortla qalxan adamdır. "Xof metodikası" isə insanlarda soyuğa qarşı həssaslığın azaldılmasına yönəldilib. Koks iki könüllü qrupu toplayıb. Bir qrup "Xof metodu" ilə məşq edib. İkincisi isə nəzarət qrupu olub. Məşqlərin metodikası özündə soyuq suda çimmə, qarda uzanma, nəfəs məşqi və meditasiyanı birləşdirirdi. İltihab testi göstərdi ki, məşq edən qrupda soyuqdəymə göstəriciləri xeyli aşağıdır. Həmçinin məşq edən qrupun üzvlərinin orqanizmində iltihabla bağlı zülalların qədəri aşağı olub. İltihab əleyhinə zülal - interleykan-10un miqdarı isə əksinə, çox olub.  Alim hesab edir ki, bu kompleks yanaşmanı revmatoidli artrit, yaxud bağırsaq iltihabı kimi xroniki xəstəlikləri olan pasiyentlərə tətbiq etmək olar. 

Mənbə:Milli.Az
19 may 2014
GO BACK