Amerikalı yazıçı Doroti Brand 1936-ci ildə "Wake Up and Live" ("oyan ve yaşa") adlı kitabında beynin fəaliyyəti üçün bir neçə qeyri-adi məşqlər təqdim edib. ANS PRESS-in məlumatına görə, bu məşqlər sizi öyrəşdiyiniz mühitdən çıxarmağa, yəni reallıq gösterməyə və yaradıcılıq qabiliyyətinizi yüksəltməyə yönəldilib. Beyin üçün qəribə ve faydalı məşqlər:
1. Bir günü öz çevrənizdə heç nə demədən, yalnız suallara cavab verərək keçirin. Lakin siz ətrafinızdakı insanlara nədənsə küskün olduğunuzu və ya kefinizin olmadığı təəsüratını bağışlamayın. Özünüzü adi, həmişəki kimi aparın. Heç bir hadisəyə şərh bildirməyin və imkan verməyin ki, kimsə sizdən artıq söz alsın.
2. Gündə 30 dəqiqə yalnız bir mövzu haqqında düşünün, fikiriniz başqa heç nəyə yayınmamalıdır.
Bu məşqə 5 dəqiqədən başlaya bilərsiniz
3. Gündə 15 dəqiqə "mən, mənim" sözlərindən istifadə etməyərək ünsiyyət qurun.
4. İstənilən məkanın qarşısında durun və onun ölçülərini təyin etməyə çalışın.
5. Yeni tanışınıza ancaq özü haqqında danışmağa imkan yaradın. Sonra isə bunu ona hiss etdirmədən ünsiyyəti qarşılıqlı münasibətə yönəldin.
6. Bir gün ancaq özünüzdən danışmağa çalışın. Lakin özünüzü tərifləməyin, şikayətlənməyin və qarşınızdakı insanı darıxmağa qoymayın.
7. Gündə iki saat ərzində nə edəcəyinizin planını tərtib edin və ona riayət edin.
8. Qarşınıza 12 təsadüfi öhdəliklər qoyun, məsələn: nəqliyyat vasitələrindən istifadə etmədən 20 kilometr məsafə qət etmək; yemək yemədən 12 saat yol getmək; ən gözlənilməz və uyğun olmayan yerdə səhər yeməyi yemək; bütün gecəni yatmamaq və çalışmaq və s.
9. Gün ərizndə bütün suallar və təkliflərə "hə" deyərək cavab verin (istisna hallar mümkündür).