Gözəl sinə quruluşu hər bir xanımın arzusudur. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bəzi qidalar sinənin gözəl olmasına imkan yarada bilər. A, B, C və E vitaminləri bol olan qidalar qəbul etməklə xanımlar gözəllik arzularını reallaşdıra bilərlər.
Həmin qidalar aşağıdakı kimidir:
1. Boranı kaliumla, o cümlədən A və C vitaminləri ilə zəngindir. Onlar cinsi hormonların sintezində iştirak edir, qocalma prosesini yavaşıdır.
2. Yunan qozunu pis əhvalın dərmanı adlandırmaq olar. Əsəb gərginliyini azaldır. Hər şeydən önəmlisi isə qoz yağı qara ciyərin fəaliyyətini nizamlayır ki, bu da sinənin sağlamlığı ilə birbaşa bağlıdır.
3. İtburnu da C vitamini ilə zəngindir. Məlum olduğu kimi askorbin turşusu immuniteti gücləndirir və ətraf mühitin zərərli təsirlərindən qoruyur. Ancaq xroniki stress və siqaret çəkmək orqanizmdəki C vitaminini azaldır.
4. Dəniz balığı yodla zəngindir. Bu da ki qalxanvari vəz üçün vacibdir. Mikroelementin çatışmazlığı menstrual tsiklin çəkisinin dəyişməsinə pozulmasına səbəb olur. Bu faktorlar da döşlərin xəstəliyinə səbəb ola bilər.
5. Kök suyu kalium, maqniy, A, B və E vitamin qrupları ilə zəngindir. Güclü antioksidant olan bu vitaminlər süd vəzi xərçənginin yaranmasının qarşısını alır.