Hər bir insan gündə ən azı 60 qram kərə yağı yeməlidir. Məhz bu məhsul əsl vitamin və makroelement qaynağıdır. Keyfiyyətli kərə yağı A, E, D vitaminləri, dəmir, kalsium, kalium, maqnezium, fosfor natrium, mis, manqan, sinklə zəngindir. Amma məhz bu süd məhsulunun süfrənizdə olması üçün kərə yağı alarkən nələrə diqqət etmək lazımdır?
Məsələ ondandır ki, bir çox spred yağları qablarının üzərinə kərə dadlı, kərə spredi, kərə yağı ilə kimi yazılar yazmaqla istehlakçılar arasında çaşqınlıq yaradırlar.
Kərə yağı alarkən ilk növbədə tərkibini diqqətlə oxuyun. Əsl kərə yağı yalnız inək südündən hazırlanır. Əgər yağın tərkibində bitki yağı, palma, yerfındığı, kokos yağı və yaxud süd yağı əvəzedicisi adlı inqrident olarsa, o, kərə yağı deyil. Onun ucuz analoqudur. Həmçinin, spred və marqarinin tərkibində çox miqdarda aromatizatorların, konservantların və emulqatorların olması mümkündür. Kərə yağı isə ancaq və ancaq 100 faiz təbii inək südündən hazırlanır.
Aldığınız yağın əsl kərə yağı olub olmadığını ev şəraitində yoxlamaq üçün onu dondurucuya qoyun və 10 dəqiqədən sonra çıxararaq, bir dilim kəsin. Yağ parçalanarsa aldığınız əsl kərə yağıdır. Yox əgər hamar kəsilibsə, o zaman aldığınız spreddir.
Əsl kərə yağı həmçinin kəskin qoxusunun olmaması ilə seçilir. Onun iyini qablaşdırmanın üstündə hiss etməmək olmur. Kərə yağı solğun sarı rəngdə olur. Tünd sarı, və ya narıncı rəng yağa boya maddələrinin qatıldığını göstərir. Boya əlavə edilib edilmədiyini dəqiq bilmək üçün bir dilim yağı ilıq suyun içərisinə atın. Əgər suyun rəngi dəyişirsə, deməli boya əlavə edilib.
Qızğın tavada kərə yağı dərhal əriyir və xışıldayır, eyni zamanda xoş ətir saçır. Spred isə yavaş-yavaş əriyərək parlaq sarı rəngə çalır və elə qoxu saçır ki, otağı havalandırmaq lazım gəlir.
Bu sadə qaydalara riayət etməklə siz aldığınız yağın əsl kərə yağı olduğuna əmin ola bilərsiniz.
Mənbə: Anspress.com