Stress saç tökülməsindən tutmuş, halsızlıq, yorğunluq, baş ağrısı, hətta ruh düşkünlüyünə qədər yol açır. Stress nəticəsində orqanizmdə əmələ gələn yağ əslində zərərlidir. Bu mənada stresin kökəlməyə səbəb olduğu bildirilir. | |
Kaliumla zəngin olan banan “xoşbəxtlik hormonu” kimi məlum olan seratonin ifraz etdiyi üçün stresin aradan qaldırılmasına kömək edir. Yuxunun normal olması üçün qoz yemək məsləhətdir. Çünki qoz melatonin adlı hormonun ifraz olunmasında mühüm rol oynadığı üçün orqanizmi sakitləşdirir və rahat yuxunu təmin edir. Buna görə də gündə 2-3 ədəd qoz yemək stresi azaldır. Balıq qanda şəkərin nizamlanması, həmçinin stresin qarşısının alınması üçün əhəmiyyətlidir. Yaşıl bibər orqanizmdə adrenalinin səviyyəsini artırır. Ən başlıcası isə stresi azaldır. Türkiyəli mütəxəssis Gülşən Lükel yuxusuzluğun da stresə, köklüyə, yüksək təzyiqə və s. gətirib çıxardığını deyir. Onun fikrincə, yuxusuzluq immunitet sisteminin zəifləməsinə, infeksiya ehtimalının artmasına, eyni zamanda infarkta və depressiyaya səbəb olur. Gülşən Lükel insanın fiziki və psixoloji baxımdan özünü yaxşı hiss etməsində normal yuxunun böyük rol oynadığını vurğulayır. Bəs keyfiyyətli, normal yuxu üçün nə etmək lazımdır? Bunun üçün, ilk növbədə, yatmazdan əvvəl meyvə yemək, zülallı qidalardan uzaq durmaq məsləhət görülür. Kalsium elementi də sinir sisteminə sakitləşdirici təsir göstərdiyi üçün bu elementlə zəngin qidalardan yararlanmaq olar. Bundan başqa, axşam yeməyindən sonra şirniyyat əvəzinə, meyvə, yaxud 1 fincan darçın əlavə edilmiş süd için. Axşam idman edirsinizsə, idman əsnasında 3-4 ədəd quru meyvə yeyin. İdmandan sonra isə yatmağa 2 saat qalmış bir fincan qatıq və 1 ədəd banan qəbul etmək olar. Mənbə:zaman.az |