Qadin.NET / Əsnəyərək arıqlayın.

Əsnəyərək arıqlayın.

 

Əsnəyərək arıqlayın.

 

Artıq çəkidən azad olmaq bir çox xanımların istəyidir. 

Axşam.az xəbər verir ki, pəhriz saxlamaqda çətinlik çətənlər bu məsləhətlərə əməl etməklə arıqlaya bilərlər. 

1.5 saat alış-veriş edin

Onsuz da bütün qadınlar alış-veriş etməkdən böyük zövq alırlar. Müxtəlif mağazaları gəzərək istədiyiniz libası tapmaq, ona uyğun ayaqqabı, aksessuar seçmək sizin bir xeyli vaxtınızı alsa da, qarşılığında xeyli kalori yandırmağınıza səbəb olacaq. 

40 dəqiqə bağ işi ilə məşğul olun

Qurumuş yarpaqları yığmaq, yabanı otları təmizləmək və s. kimi bağ işləri görərək 300 kalori yandıra bilərsiniz.

1 saat rəqs edin

Arıqlamaq üçün gözəl vasitələrdən biri də rəqs etməkdir. Amma bu zaman unutmayın ki, spirtli və ya qazlı içki içərək rəqs etməyinizin heç bir mənası yoxdur. Çünki belə içkilər kalori itirməyinizə maneə olar.

1 saat ev işi görün 

Qab-qacaqları yumaq, yerləri silmək, paltar ütülümək və s. kimi ev işləri görərək siz 300 kalori yandıra bilərsiniz.

1 saat ev əşyalarının yerini dəyişin

Uzun zamandır evin dekorasiyasında dəyişiklik etmək istəyirdiniz? Bunu kalori yandırmaq üçün bir vasitəyə çevirin. Divanın yerini dəyişmək, əşyaları fərqli yerlərə yerləşdirmək arıqlamağınıza kömək olacaq.

30 dəqiqə velosiped sürün

Köhnə velospedinizi işə salın və onu 30 dəqiqə sürərək 300 kalori yandırın.

1 saat gəzin

Təmiz havada gəzməkdən gözəl nə ola bilər?! Qaçmaq xoşunuza gəlmirsə, o zaman gəzmək saatınızı uzadın. Daha yaxşı olar ki, uzaqda qalan bir dostunuzu ziyarət edəsiniz və mümükündürsə, oraya gəzərək gedəsiniz. Əgər yol uzundursa, ünvana çatmağınıza bir az qalmış avtobusdan düşün və ayaqla getməyə başlayın. 

40 dəqiqə dəcəllik edin

Şəhvət dolu 40 dəqiqəlik bir sevişmə kalori yandırmağınıza kömək olacaq. Sevişmə müddəti və ehtiras nə qədər güclüdürsə, arıqlamağınız bir o qədər asan olacaq. 


6 saat yatın

Ən azı 6 saat yatmaq sizə gözəllik mükafatı kimi geri dönəcək. Unutmayın ki, yatarkən də kalori yandırırsınız.

1 saat əsnəyin

Əsnəyərkən əzələlərinizin məşq etdiyini hiss etməyə bilərsiniz, amma mütəxəssislər bildirir ki, hər gün səhər və axşam 30 dəqiqə əsnəmə hərəkəti edərək arıqlaya bilərsiniz. Bu sizin 300 kalori yandırmağınıza kömək olar. Gün ərzində 1 saat yoqo ilə məşğul olmağınız da kalori sərf etməyiniz üçün uğurlu addımdır. 

 

 

Mənbə: Axsam.az

 

28 aprel 2014
GO BACK