Qadin.NET / Düz qarına sahib olmaq üçün 10 hərəkət.

Düz qarına sahib olmaq üçün 10 hərəkət.

 

Düz qarına sahib olmaq üçün 10 hərəkət.

 

Düz qarına sahib olmaq üçün pəhriz saxlamaq kifayyət etmir. Bunun üçün bir çox idman hərəkətlərinə və vərdişlərə əməl etmək vacibdir.

Axşam.az saytı Rusiya mətbuatına istinadən düz qarına sahib olmağın 10 əsas qaydasını təqdim edir:


Rahatlanın 
Stress – piyin qarın nahiyəsində yığılmasının ilk səbəbidir. O, piyin qarında toplanmasına səbəb olan kortizol hormonunun səviyyəsini artırır. Gərginliyi aradan qaldırmaq üçün belə bir hərəkət yarayar: 

Sakit və rahat bir yerdə əyləşin. Ağciyərlərinizə bacardığınız qədər çox hava çəkin və asta-asta nəfəs verin. Dərindən nəfəs alaraq hər nəfəs vermə zamanı “bir” sözü söyləyin. Bu hərəkəti gündə bir-iki dəfə 5-10 dəqiqə ərzində etmək lazımdır. 

Spirtli içkiləri unudun
Nahar vaxtı qəbul olunmuş bir qədəh şərab – və siz artıq şalvarınıza sığmırsınız. Alkoqol da kortizol səviyyəsini artırmaqla piyin qarın nahiyəsində toplanmasına səbəb olur.


Siqaret çəkməyin
Siqaret çəkənlərin əksəriyyəti isbat edir ki, papiros çəkmək arıq qalmaqda onlara kömək edir. Lakin məsələ ondadır ki, papiros çəkənlərin qarın nahiyəsində çəkməyənlərə nisbətən  daha çox piy toplanır.


Lifli qidadan daha çox istifadə edin
Bu, çəkinin azalmasına müsbət təsir edir (liflər mədəni doldurur və aclıq hiss olunmur). Eyni zamanda qarın köpünə səbəb ola biləcək qəbzlik törətmir. Hər gün dənli bitkilər, meyvə  və tərəvəz, yaxud qida əlavələri şəklində 25 – 38 q lifli qida yemək kifayətdir.  


Çoxlu su için 
Menstruasiya önü dövrdə çoxlu su için. Bu, orqanizmin ümumi vəziyyətinə zərər yetirmədən  köpü aradan qaldırmağa kömək edəcək.


Sümükləri unutmayın
Osteoporoz – sümükləri zədələyən xəstəlikdir. Zəif onurğa sümükləri orqanizmin çəkisini saxlaya bilmir ki, bu da sonradan belin bükülməsinə gətirib çıxara bilər. Yaşınız 50 və daha çoxdursa, hər gün qida ilə  1200 mq kalsium qəbul etmək lazımdır. Yaşı 50-dən az olanlar üçün gündəlik kalsium norması  1000 mq-dır.


Aerobika məşqləri
Nə qədər ki əzələlər piy qatı ilə örtülmüşdür, heç bir fiziki hərəkət qarını düzəltməyə kömək etməz. Ən yaxşı  üsul –həftədə beş dəfə 45-60 dəqiqə ərzində aerobika ilə məşğul olmaqdır.

Qarnınızı çəkin
Təsəvvür edin ki, içərinizdə qarnınızı onurğanıza tərəf çəkən bir maqnit var. Maksimal dərəcədə qarnınızı içəri çəkin və tezliklə bu, nəfəs almaq kimi bir vərdişə çevriləcək. Bunu yada saldığınız hər an etsəniz tezliklə adət edəcəksiniz. 


Artıq çəkidən azad olun
Qarşınıza məqsəd qoyun- həftədə iki-üç dəfə fiziki hərəkətlər edin. Qaydalara riayət etsəniz 50 yaşınızda belə 20 yaşınızda geyindiyiniz paltara sığa biləcəksiniz.


Qarın əzələlərini yükləyin
Fiziki hərəkətləri bacardıqca ayaq üstə edin. Bu zaman qarın əzələləri də işləyir. Bu, bədəni müəyyən çəkidə saxlamaq və onu möhkəmləndirməyə kömək edir. Özünüzə fikir verin. Duruşunuz həmişə düzgün, qarın əzələləri isə içəri çəkilmiş olmalıdır.

 

 

 

Mənbə:Axsam.az

 

26 aprel 2014
GO BACK