Qadin.NET / Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.

Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.

 

Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.

 

Pəhriz saxlamaq, idman etmək arıqlamağa kifayət etmir. Artıq çəkidən xilas olmaq üçün həm də sağlam həyat tərzi sürmək vacib şərtdir.

İdmançı Ceyhun Vəliyev Axşam.az-a açıqlamasında spirtli içkinin və siqaretin idman edənlərə ziyanından danışıb: 

“Siqaret çəkənlər və spirtli içki içənlər idman edərək onun ziyanından canlarını qurtardıqlarını düşünürlər. Bu, yanlış fikirdir. Siqaret çəkənlərin nəbzi, çəkməyənlərə nisbətən daha çox atır. Məşq zamanı da nəbz sürətlənir. Bu, nəbz atışını pik nöqtəyə çatdırır. Nəticədə ürək daha çox yüklənir. Bədəndə, əsasən də, qarın hissəsində yığılan piylərin yaranmasında yeyilən qidalarla yanaşı, spirtli içki və siqaretin də təsiri var. Alkoqol bədəndəki xolesterin səviyyəsini qaldırır, qaraciyərdə yağlanma yaradır, təzyiqi artırır. Kişilərdə iqtidarsızlığa, qadınlarda isə menstruasiya pozğunluğuna səbəb olur. Xərçəng xəstəliyinin yaranmasında, bədənin stress halına düşməsində, tez yaşlanmada onun rolu böyükdür. Bəzən alkoqol və siqaret idmana olan həvəsi azaldır. Bunan səbəb isə sağlam olmayan yaşam tərzinə bağlı olan xronikiləşmiş yorğunluqdur. Fəal idman edib siqaret çəkənlər başa düşməlidirlər ki, bu onların gücünə təsir edəcək. Onların idmanda tez nailiyyət əldə etmələrinə mane olacaq. Siqaret tüstüsü udulan zaman bədənə karbon monoksid girir ki, bu da ağciyərə gedən oksigenin miqdarını aşağı salır, məşq edənlərdə performans və güc azlığı yaradır. Bu o demək deyil ki, siqaret çəkən və spirtli içki içən insanlar trenajor zallarına gedib məşq etməməlidirlər. Sadəcə, həmin insanlar başa düşməlidirlər ki, əgər idmanı seçirlərsə, demək, sağlam həyat tərzini seçirlər. Buna görə də pis vərdişlərindən uzaq durmalıdırlar. Araşdırmalara görə, siqaret çəkənlər idmana başladıqdan sonra bu vərdişi azaldırlar. Trenajora başlayandan sonra idmanın orqanizmə verdiyi rahatlığı hiss edirlər. Başlanğıcda daha ağır çəkilərlə, nəzarətsiz idman etmək yanlışdır. İlk vaxtlar daha yüngül çəkilərdən məşqçi nəzarətində idman etmək, yavaş-yavaş ağırlığa keçmək məsləhətdir”.

 

 

 

Mənbə:Axsam.az

26 aprel 2014
GO BACK