Qadin.NET / Onu içmə, bunu içmə, bəs?..

Onu içmə, bunu içmə, bəs?..

 


Məlumdur ki, orqanizm maye kimi yalnız təmiz suyu qəbul edir, digər içkiləri isə xörək “sanır”, çünki tərkibində kalorilər var. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, suyun sutkalıq norması 1,5 litr təşkil edir. Ən faydalısı isə 1 stəkan suyu səhər-səhər acqarına içməkdir.

Mineral sulara gəlincə, mütəxəssis tövsiyyəsi olmadan yalnız süfrə mineral suyunu içmək olar və bu zaman onun tərkibindəki duzun miqdarına diqqət yetirmək lazımdır: 1 litrə 1 qramdan da az. 

Çayı faydalı edən katexinlərdir - bunlar sərbəst radikalların ziyanlı təsirinin qarşısını alır. Yaşıl çay hipotoniklərə (qan təzyiqi aşağı olanlara) məsləhət görülmür, çünki arterial təzyiqi aşağı salır. Çay iki dəqiqə dəmlənərsə, tonusu artıran effekt yaradır, 5 dəqiqə dəmlənərsə, sakitləşdirici təsir edir, 6 dəqiqə dəm alarsa, tərkibindəki bütün efir yağları uçub gedir. 

Şirələrdən daha çox fayda götürmək üçün bir neçə şərtə əməl etmək gərəkdir: onları yalnız təzə meyvə-tərəvəzdən çəkin, çəkən kimi, vitaminləri ölməmiş için. Həmçinin mütəxəssislər bildirirlər ki, təzə şirəyə yarıbayarı su qatmaq lazımdır. Çünki tərkibindəki şəkər qanda şəkəri artırır, diş emalını korlayır. Bundan başqa, şirəni öynələr arası, qəlyanaltı kimi qəbul etmək lazımdır. Heç bir halda səhər yeməyinizi şirə ilə başlamayın: acqarına içilən şirə qida borusunun və mədənin selikli qişasını qıcıqlandırır, mədə pozuntusuna və xorasına yol açır. 

Kakao qanda hemoqlobinin miqdarını almadan, nardan, çuğundurdan daha yaxşı qaldırır. Yalnız böyrəkləri, mədəaltı vəzi, qaraciyəri xəstə olanlara kakao içmək ziyandır. 

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK