Qadin.NET / Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.

Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.

 


Ən az hərəkət edənlər yüksək gəlirli ölkələrdə yaşayanlardır «Lancet» həftəlik tibb jurnalı hər il 5.3 milyon insanın yetərincə fiziki hərəkətlər etməməsi səbəbindən öldüyünü yazır. Araşdırmaya əsasən, ürək-damar sistemi xəstəliklərinin 6, diabetli şəkərin 7, döş və qalın bağırsaq xərçənginin 10 faizinə səbəb hərəkətsizlikdir. Araşdırma müəlliflərinin fikrincə, hərəkətsizlik siqaret və piylənmənin yaratdığı təhlükəyə bərabərdir. Tədqiqata görə, 15 yaşdan yuxarı hər 10 nəfərdən 3-ü yetərincə hərəkət etmir. 13-15 yaş arası uşaqların isə 4/5-i fiziki olaraq lazımi qədər aktiv deyil. Alimlər bildirir ki, hər yerə avtomobillə getmək, davamlı olaraq televiziya və ya kompyuter qarşısında oturmaqdansa, hər həftə 150 dəqiqəlik gəzinti, velosiped sürmə və ya bağ-bostan işləri daha faydalıdır. Araşdırmada deyilir ki, ən az hərəkət edənlər yüksək gəlirli ölkələrdə yaşayanlardır. Onlar arasında ən pis vəziyyət isə İngiltərədədir. Burda böyüklərin 2/3-si yetərincə hərəkət etmir. Araşdırma 9 ölkədə aparılıb. Bəlli olub ki, Bosniya-Herseqovinada ölümlərin 9, Xorvatiyada 6.3, İranda 9.9, İraqda 15.6, Qazaxıstanda 8.4, Pakistanda 10.8, Rusiyada 5.6, Serbiyada 18.2, Ukraynada isə 4.9 faizi hərəkətsizlikdən baş verir.


Mənbə: Fakto info

 

23 aprel 2014
GO BACK