Qadin.NET / Xoruldamaqdan necə qurtulmalı?

Xoruldamaqdan necə qurtulmalı?

 

 


Statistikaya əsasən demək olar ki, hər iki insandan biri xoruldayır.Xoruldamağın bir neçə növü var:

1. Yavaş xoruldamaq;

2. Möhkəm xoruldamaq;

3. Çox möhkəm xoruldamaq

Onların hər birini doğuran səbəblər var.

Xoruldama səbəbləri: Boğazın divarlarının daralması xoruldamaq üçün səbəb ola bilər. Əzələlərin boşalması adətən yaşlaşdıqca baş verir, buna görə də xoruldamadan ən çox əziyyət çəkənlər də elə yaşlılardır. Amma bəzi insanlarda xoruldamağa anadangəlmə meyl olur, burada artıq yaş faktoru heç bir rol oynamır. Xoruldamağın səbəbi köklük də ola bilər.

Xoruldamaqdan necə can qurtarmaq olar? Xoruldamağa köklüyün səbəb olduğu hallarda, ondan yaxa qurtarmaq üçün arıqlamaq vacibdir. Mütəxəssislərin dediyinə görə, kök adamlar xoruldamadan üç dəfə çox əziyyət çəkir. Tədqiqatlar zamanı məlum olub ki, yalnız 10% çəki itirməklə xoruldamaqdan can qurtarmaq ola bilər. Daha bir maraqlı fakt, insanın adətən qarın və yan tərəfdə yatarkən xoruldamağın dayanmasıdır. Əgər xoruldamağa səbəb nəfəsalma və vermə zamanı yumşaq damağın vibrasiyasıdırsa onda bunu sadə idmanla aradan qaldırmaq olar. Qabarma yaranarkən “i” hərfini tələffüz etmək lazımdır. Bu zaman yumşaq damaq, boyun hissəsi və əzələləri sıxmaq lazımdır. Bu idmanı səhər və axşam 25-30 dəfə etmək lazımdır.Nəticəni iki həftə ya da bir ay ərzində görmək olar.

 

Mənbə: Fakto.info

22 aprel 2014
GO BACK