Hər gün insanların paçka-paçka alaraq istifadə etdiyi saqqızın xeyri çoxdur, ya zərəri? Bir az araşdırma apardıqda faydasindan çox zərəri olduğu aşkara çıxır. Faydaları - saqqız iştahanı azaldır, stres zamanı çox yeyənlərin az yeyərək arıqlamasına səbəb olur. Araşdımalar göstərir ki, saqqız çeynəmək kalori itkisinə səbəb olur. Təxminən bir saata 11 kalori itirmək mümkündür. Təbii ki, bu arıqlamaq istəyənlər üçün faydalıdır. Saqqız beyinə gedən qanı artırır, bəzi araşdırmalara görə saqqız yaddaşı da möhkəmləndirir. Saqqız diş çürüməsinin qaşısını da alır. Zərərləri - bəzi mütəxəsislər saqqızın imumiyyətlə orqanizmə çox ziyanlı olduğunda təkid edirlər. Ən çox mədə üçün təhlükəli oldugun vurğulayırlar. Saqqız mədə şirəsinin ifrazına səbəb olur. Bu da qidalanma zamanı qidanın həzmini çətinləşdirir. Qastrit və həzm yolu traktının xəstəliklərindən əziyyət çəkən insanlara saqqız çeynəmək qəti qadağandır. Saqqız çeynəmə üzün əzələlərini həddindən artıq gərginləşdirir, nəticədə dərinin elastikliyi zəyifləyir, ağız ətrafında xətt və qırışlar əmələ gəlir. Üzdə cərrahi əməliyyat keçirmiş xəstələrə də saqqız çeynəmək qəti qadağan edilir. Cərrahların rəyinə görə, üzdə əməliyyat keçirən pasiyentlərin çox hissəsi saqqızdan hədsiz istifadə edənlərdir. Xatirladaq ki, üç yaşına kimi uşaqlara saqqız vermək məsləhət görülmür. Nisbətən nanəli saqqızın xeyirli olduğu bildirilir (sakitləşdirici kimi və stresə yaxşı təsir göstərən kimi). Saqqız alarkən diqqət etməli olduğumuz daha bir şey var ki, o da sərin yerdən almaqdır. Günəş şuaları altında olan saqqızdan istifadə etmək sağlamlıq üçün daha da təhlükəlidir.
Mənbə: Fakto.info