Ağlamağın da faydaları varGülməyin insan sağlamlığına faydasını hər birimiz bilirik. Həkimlər “çox yaşamaq üçün çox gülün” deyir. Bəs ağlamaq necə..? Ağlamaq pisdirmi..? Əlbəttə, yox!
Milli.Az ailəm.az-a istinadən ağlamağın faydalarını təqdim edir.
1. Endorfin
Ağlamaq endorfin hormonunun ifrazını təmin edir. Endorfin insanı xoşbəxt edən hormondur.
2. Duyğuları xaricə çıxarır
Psixoloqların fəaliyyətini nəzərdən keçirin. Dərdinizi, uşaqlığınızı, sizi narahat edən məsələləri, sizi üzənləri psixoloqa danışırsınız. Bu, psixoloqun sizi həm yaxşı tanımasına, həm də içinizdə toplanıb qalan dərdlərinizi boşaldıb rahatlamanıza kömək edir. Daxilinizdə üst-üstə topladığınız dərdlər psixoloji problem yaranmasına səbəb olacaq. Ağlamaq həmin problemlərlə üzləşmək və onlardan xilas olmağa kömək edir. Ağlamaqdan qorxmayın.
3. Ruh sağlığı
Araşdırma nəticəsində çox ağlayan insanların ruh sağlığının çox tez düzəldiyi ortaya çıxıb. Xüsusən sevincdən sonra ağlamaq ruh sağlığına çox faydalıdır.
4. Sakitləşdirir
Ağlamaq sakitləşdirici dərman kimidir. İnsanlar ağladıqdan sonra yatmaq istəyirlər. Çünki sakitləşdirici insan vücuduna təsir edir və insan özünü halsız hiss edir. Bu da ətrafındakı nəyəsə və ya kiməsə zərər yetirə biləcək birinin sakitləşməsinə kömək edər.
5. Gözləri təmizləyir
Vücudunuzdakı bir çox zəhərli toksinləri göz yaşlarınızla axıda biləcəyinizi bilirdinizmi? Ağlamaq kimyəvi maddələri gözünüzdən axıtmağa kömək edir və gözünüzü bakteriyalardan təmizləyir. Ağlamaq istəyirsinizsə, heç kimi düşünmədən ağlayın.
Mənbə:Milli.Az