Qadin.NET / Qadınların cavan qalmasına kömək edən məhsullar

Qadınların cavan qalmasına kömək edən məhsullar

Qadınların cavan qalmasına kömək edən məhsullar

Qadınlar bütün dövrlərdə müxtəlif pəhrizlərə xüsusi diqqət yetiriblər. Lakin əgər gənc yaşlarında qadınlar öz bədən quruluşunu və xarici görünüşünü yaxşı formada saxlamaq üçün qida rasionunun düzgün qurulmasına cəhd edirlərsə, illər keçdikcə, xüsusilə də 40 yaşından sonra onlar öz sağlamlıqlarının möhkəmlənməsinə, orqanizmdəki yaşla bağlı dəyişikliklərə daha çox diqqət yerirməlidirlər.

Trend-in məlumatına görə, ABŞ-ın Mayo klinikasının dietoloq alimləri çoxsaylı araşdırmalar nəticəsində 40 yaşdan sonra qadınların qida rasionuna daxil etmək üçün tövsiyə olunan məhsulların siyahısını tərtib ediblər. Diqqətəlayiq haldır ki, bütün bu məhsulalr bahalı deyil və əlçatandır, eyni zamanda, yaşlı qadın orqanizmi üçün zəruri olan vitaminlər və zülallarla zəngin olan tərkibə malikdirlər.

Siyahıya döş vəzisi və uşaqlıq boynu xərçənginin, eləcə də ürək xəstəliklərinin profilaktikası üçün tövsiyə olunan pomidor daxil edilib. Kətan toxumu da onkoloji xəstəliklərin qarşısını almağa, xolesterinin səviyyəsinin azalmasına, eləcə də doğuşdan sonra orqanizmin bərpasına kömək edir. Baxmayaraq ki, hamiləlik zamanı ondan istifadə etmək tövsiyə olunmur. Losos balığını da doğuşdan sonrakı dövrdə qida rasionuna daxil etmək faydalıdır. O, habelə əsəb sisteminin möhkəmlənməsinə kömək edir. Kələm yarpağı görmə qabiliyyətinə çox yaxşı təsir edir, immuniteti artırır və osteoporozun qarşısını alaraq sümükləri möhkəmləndirir, həmçinin estrogenin lazımi səviyyədə qalmasına kömək edir və sidik-tənasül üzvləri xəstəliklərinin profilaktikası üçün faydalıdır.

Elə bu məqsədlər üçün siyahıya C vitamini və antioksidantlarla zəngin olan quşüzümü şirəsi də daxil edilib. Həkimlərin fikrincə, diabetin yaranması riski ilə mübarizə aparmağa qoyun südündən hazırlanmış yoğurt kömək edir. Bundan əlavə, o, əzələ toxumasının vəziyyətini yaxşılaşdırır və qocalma prosesini ləngidir. Siyahı qozla tamamlanır. Qoz sümüklərin möhkəmlənməsinə və onkoloji xəstəliklər riskinin azalmasına kömək edir. Tibb işçiləri öz rasionuna gündə 50 qram qoz əlavə etməyin kifayət etdiyini bildirirlər.

Mənbə:trend.az

 

13 aprel 2014
GO BACK