Qadin.NET / Hava limanlarında pulsuz internet olacaq

Hava limanlarında pulsuz internet olacaq

 

Hava limanlarında pulsuz internet olacaq

 

Tailandın böyük hava limanları aprel ayı ərzində sərnişinlərə simsiz internetə pulsuz çıxış təqdim etməyə başlayacaq. Bu barədə "Airports of Thailand" aviaşirkətindən bildirilib.
Hazırda pulsuz Wi-Fi çıxış nöqtələri aeroportların yalnız xüsusi ayrılmış zonalarında fəaliyyət göstərsə də, apreldə bütün terminallar internetə çıxış imkanına malik olacaq. "Bu, aeroportların xidmət səviyyəsini beynəlxalq səviyyəyə qaldıraraq sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini xeyli yaxşılaşdıracaq", - deyə "Airports of Thailand"ın xüsusi nümayəndəsi Sit Divari deyib.
Onun sözlərinə görə, hər bir sərnişin iki saat pulsuz internetdən istifadə edə biləcək. Bağlantının maksimal sürəti saniyədə 10 meqabayt təşkil edəcək.

Mənbə: ANS PRESS

8 aprel 2014
GO BACK