Arıqlamaq üçün yeməyin saatı onun qədərindən daha vacibdir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, effektiv şəkildə arıqlamaq üçün yeməyi hər gün eyni saatlarda yemək lazımdır. Pəhriz saxlayan 1000 nəfərin göstəriciləri müqayisə olunarkən belə nəticəyə gəlinib. Bu insanlardan çoxu üçün vacib faktor qidanın həcmi deyil, onun yeyilmə saatı olub. Mütəxəssislər 7:11-də səhər, 12:38-də nahar, 18:14-də şam yeməyi yeməyi məsləhət bilirlər. Saat 11 və günün yarısı isə azyağlı ərzaqların qəbulu üçün uyğundur. Bu zaman səhər yeməyi ən vacib qida qəbuludur. Ona görə bu zaman faydalı ərzaqlardan istifadə etmək lazımdır. Əgər insan müntəzəm olaraq səhər yeməyini qaçırırsa, nəinki çəkisi artacaq, həmçinin ümumi sağlamlıq durumu da pisləşəcək. Mütəxəssislərin rəyini soruşduqları insanların 84%-i güman ediblər ki, qida qəbulunun dəqiq rejimi çəkini azaltmaq üçün vacibdir. Həmçinin çoxları bildiriblər ki, çox erkən şam etmək arıqlamağa kömək edir (onların 67%-i saat 19:00-dək şam etməyi məsləhət bilib). Rəyi soruşulan pəhriz saxlayanların 50%-i etiraf edib ki, 18:00-22:00 arası adamın səbri tükənir. 62% isə 20:00-dan sonra televizor seyr edərkən çərəz yeməyi daha təhlükəli hesab edib.
Mənbə: Milli.Az