Qadin.NET / Bağırsaq çöpü təhlükəli həddə çatıb

Bağırsaq çöpü təhlükəli həddə çatıb

Bir müddət də keçsə, onu heç nə ilə məhv etmək mümkün olmayacaq. Avstraliya İnfeksion Xəstəliklərin Araşdırılması Mərkəzinin alimləri qorxunc bəyanatla çıxış ediblər: E.coli patogeninin elə bir ştammı var ki, onu tam dərman dayanıqlığından cəmi bir gen ayırır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu o deməkdir ki, xırdaca bir gen mutasiyası bağırsaq çöpünü tamamilə müalicəsiz, yəni bütün dərmanlara qarşı dayanıqlı edə bilər. Bu, ST131 ştammıdır. O, çox geniş yayılmaqdadır. İldən-ilə də qan və sidik yolları infeksiyasını müalicə etmək çətinləşir. Hər il dünyada 150 milyon insan sidik yolları infeksiyasına yoluxur. Beş il əvvəl isə E.coli-nin ST131 ştammı bu qədər qorxulu deyildi. 
Hələlik alimlər ST131 ştammının bir "əcdad"dan 10 il əvvəl yarandığını aşkar ediblər. Mütəxəssislər dünyanın 6 regionundan toplanmış E.coli ST131 ştammının genetik fərqlərini ortaya qoymaq üçün ən yeni DNT araşdırması texnologiyalarından istifadə etməyə çalışırlar. 

Mənbə: Milli.Az

7 aprel 2014
GO BACK