Qadin.NET / Yuxusuzluq beynin düşmənidir

Yuxusuzluq beynin düşmənidir

Tez-tez yuxusuz qalmaq beyni beş il geri salır. Tədqiqatlar göstərir ki, yuxusuzluq və yuxunun digər pozuntuları baş beyin üçün çox zərərlidir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Kaliforniya Pasifik Tibb Mərkəzinin Tədqiqat İnstitutunun mütəxəssisləri belə deyirlər.  2820 nəfər üzərində aparılan müşahidə göstərib ki, bir neçə il yuxusuzluqdan əziyyət çəkənlərin yaddaşı və diqqəti itir. Əqli pozuntuların yaranması riski 50% artır, bu da real yaşın üzərinə gəlinmiş 5 ilə bərabərdir. 
Beynin işinə hətta bir neçə gecəlik yuxusuzluq da çox pis təsir göstərir: planlaşdırmaq, qərar qəbul etmək, səhv tapmaq, məntiqi düşünmək qabiliyyətləri pozulur. Cəmi bir yuxusuz gecə isə beyində başın bir yerə dəyərək əzilməsi zamanı yaranan zədəyə bərabər dəyişikliyə səbəb olur. İş burasındadır ki, yuxu zaman beyin toksinlərdən təmizlənir. Bu baş vermədikdə isə, neqativ, bəzi vaxtlar isə geri dönüşü mümkün olmayan dəyişikliklər baş verir. 

Mənbə: Milli.Az

7 aprel 2014
GO BACK