Qadin.NET / Susuzluq kilo aldırar və vaxtsız yaşlandırar

Susuzluq kilo aldırar və vaxtsız yaşlandırar

 

Susuzluq kilo aldırar və vaxtsız yaşlandırar

Yrd. Dos. Dr. Gamze Şenbursa, beyninin 75%-i, qanının 92%-i, əzələlərinin 75%-i, sümüklərinin 22%-i sudan ibarət olan insanın bədəni susuz qaldığında meydana gələn ziyanları təsbit etdi. Budur kifayət qədər su içməməyin gətirib çıxardığı 11 narahatlıq:
Bədənimiz susuz qaldığında nələr olar? 
Yorğunluq: Su bədəninizdəki ən əhəmiyyətli enerji qaynaqlarındandır. Dehidratasyon (susuz qalma) bədəni yavaşladan enzimatik aktivliyə səbəb olaraq yorğunluq və halsızlığa gətirib çıxarar.

Astma və allergiyalar: Dehidratasyona məruz qalan bədən suya qənaət etmək üçün havayollarını daraldır. Siz daha susuz qaldığınızın fərqində olmasanızda histamin bu vəziyyətin fərqinə varır və sekresiyasını artırır.

Yüksək qan təzyiqi: Bədən normalda tam olaraq su ehtiyacını qarşıladığında qanın 92%-i su olur. Bədən susuz qaldığı zamanlarda isə qan qatılaşaraq axışı əsnasında müqavimətə səbəb olur və buda qan təzyiqinin yüksəlməsi ilə nəticələnir.

Dəri problemləri: Dehidratasyon dəri yoluyla toksinlərin atılmasını pozmaqda və hər cür dəri problemi üçün müdafiəsiz hala gətirməkdədir; dermatit, sədəf, qırış ...

Yüksək xolestrol: Bədən susuz qaldığında xolestrol səviyyəsini artıraraq hüceyrədən daha çox su itkisini önləməyə çalışar. 
Həzm pozğunluqları: Su və qələvi (kalsium və maqnezium) mineralların əskikliyi gastrit, xora və reflü kimi bir çox həzm sistemi probleminə gətirib çıxarar.

Məsanə və böyrək problemləri: toksin və tullantı turşu yığıntısından yaranan bakteriyaların inkişafı üçün mühit təmin edər, buda böyrək və məsanəyə iltihab, ağrı və infeksiyaya səbəb olması ilə nəticələnər.

Qəbizlik: Su əskikliyində, bədənin kritik funksiyaları üçün su ifrazı vəzifəsi qalın bağırsağada təsir edir. Su qeyri-kafi qəbul olunduqda tullantı maddələr bağırsaq içində çox yavaş irəliləməyə başlayır buda qəbizliyə gətirib çıxarar.

Oynaq ağrısı və sərtlik: Bütün oynaqlarıda böyük bir qisimi sudan ibarət olan kartilaj yastıqcıqları vardır. Bədən susuz qaldığında kartilaj zəifləyər və oynaq təmiri yavaşlayar beləliklə ağrı və narahatlıq hissi meydana gələr.
Çəki alma: Bədəniniz təsirli bir şəkildə toksinləri aradan qaldıra bilməz və yağ hüceyrələrinin içində saxlayar. Bununla bərabər əgər bədən kifayət qədər su ilə toksinləri etibarlı bir şəkildə bədəndən atmırsa yağ hüceyrəsini sərbəst buraxmaz.
Vaxtsız yaşlanma: Xroniki olaraq bədən susuz qaldığında, orqanlar və hətta bədənin ən böyük orqanı olan dəridə qırışlar əmələ gələr və erkən yaşlanma əlamətləri özünü biruzə verər.

Bunları bilirdinizmi? 
Susadığınız zaman bədən (susuz qalmış) dehidrate olur. 
Yemək əvvəli içilən su porsiyonlarınızın kiçilməsinə və dolayısilə daha asan kilo vermənizə köməkçi olar.
Araşdırmalar göstərmişdir ki, əgər il ərzində su istehlakınız gündəlik 1,5 litr olursa, extra 17,400 kalori yandırmaq mümkündür buda təxmini olaraq 2 yarım kiloya bərabərdir. 
Yalnız su içmək lazımdır, digər istehlak etdiyiniz mayelərin bir kalorisi və şəkər məzmunu vardır. Yalnız suyun kalorisi '0 'dır.

Soyuq su içmək maddələr mübadiləsini sürətləndirər və kalori yandırar. Sürətlənən maddələr mübadiləsinin təsirləri ilk 10 dəqiqədə başlayır və 30-40 dəqiqə sonra maksimuma çatar.
6 aprel 2014
GO BACK