Qadin.NET / Bakıda elə isti olacaq ki...

Bakıda elə isti olacaq ki...



Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-7°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti, Bakıda gecə 5-7°, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 0-5°, gündüz 15-20°, bəzi yerlərdə 24° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
 hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 0-5°, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
 gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 3-8°, gündüz 15-20°, bəzi yerlərdə 24° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Temperatur gecə 4-6°, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 13-18° isti olacaq. 

Milli.Az

5 aprel 2014
GO BACK