Qadin.NET / Düzgün pəhriz antidepressantları əvəz edə bilər

Düzgün pəhriz antidepressantları əvəz edə bilər

Məlumdur ki, tərkibində çoxlu miqdarda şəkər və yağ olan emal edilmiş məhsullar bədən fiquruna çox pis təsir edir. "Xoşbəxt pəhriz" kitabının müəlliflərinin fikrincə, belə rasion həm də bizi bədbəxt edir, axı, qida əhval-ruhiyyəyə birbaşa təsir edir. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" yazır.

Kolumbiya Universitetindən psixiatr Dryu Remsi yazıçı Tayler Qrehamla birgə düzgün qidalanmanın sağlam psixikanın rəhni olduğunu təsdiqləyir. Onların bu fikirləri statistik məlumatlara əsaslanır. Təsadüfi deyil ki, son 10 il ərzində piylənmə və depressiyadan əziyyət çəkən adamların sayı dəfələrlə artıb.

Burada çəkini sadəcə təkcə yağ və kaloridən istifadənin azaldılması hesabına atmağa imkan verən rejim kömək etmir. Beyinin işini dəstəkləməyə kömək edən birləşmələri də unutmaq olmaz. Onların sırasına maqnium, vitamin B12 və linol turşusu daxildir. Ona görə də qida rasionunda zeytun yağı, bütöv dənlər, tərəvəzlər və ət olmalıdır.

Mütəxəssislərin fikrincə, belə rasion həyatdan məmnunluq dərəcəsini nəinki artırır, həm də insanın asan arıqlamasına kömək edir. Buna nümunə kimi onlar daim kalorilərini hesablayan, lakin nevroz vəziyyətində olan və çəkidən heç cür xilas ola bilməyən adamlarla bağlı əhvalatları misal gətiriblər.

trend.az

5 aprel 2014
GO BACK