Qadin.NET / Krım parlamentindən qalmaqallı bəyanat

Krım parlamentindən qalmaqallı bəyanat

 

Krım Ali Şurası regionun müstəqilliyi və Rusiyanın tərkibinə dail olmaq niyyəti barədə bəyannamə qəbul edib. Trend-in məlumatına görə, bu barədə parlamentin mətbuat xidməti aparatının əməkdaşına istinadən RİA "Novosti" yayıb.Agentliyin müsahibi bildirib: "Qərar indicə, növbədənkənar sessiyada qəbul edildi. Layihəni 78 deputat dəstəkləyib".Krım Ali Şurasında cəmi 100 deputat var.Mənbənin bildirdiyinə görə, "Krım müstəqil suveren dövlət kimi referendumun keçirilməsindən sonra subyekt kimi RF-nin tərkibinə daxil olmaq barədə təkliflə Rusiya Federasiyasına müraciət edəcək".Onun sözlərinə görə, qərar qəbul olunduğu andan qüvvəyə minir.Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusuna dair martın 16-da referendumun keçirilməsinə səs veriblər.

Mənbə: Milli.Az

 

11 mart 2014
GO BACK