Qadin.NET / Ömrü uzun olanın döşəyi…

Ömrü uzun olanın döşəyi…

 

"Slip tu Liv" İnstitutunun əməkdaşları deyirlər ki, döşəyin keyfiyyəti insanı ömrünün uzunluğuna təsir edir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onlar bunu müəyyən etmək üçün araşdırma aparıb və sorğu keçiriblər. 

Sorğunun ümumi nəticəsi belə olub: insanların 92%-i hesab edir ki, möhkəm yuxu üçün rahat döşək vacibdir. Sağlam yuxu isə, məlum olduğu kimi, normal çəki, yaddaşın yaxşı işləməsi və ömrün uzanması deməkdir. Alimlər 59 sağlam kişi və qadını araşdırmaya dəvət ediblər. Əvvəlcə insanlar 28 gecə adi, köhnə döşəkdə, sonrakı 28 gecə isə orta sərtlikli rahat döşəkdə yatıblar. Sonra onların öz hisslərini və təəssüratlarını qiymətləndirmələri xahiş olunub: narahatlıq, fikrin dağınıqlığı, əsəbilik, qıcıq, baş ağrısı, titrəmə və s. Məlum olub ki, insanların yuxularının keyfiyyəti ilə özlərini necə hiss etmələri düz mütənasib olub. Döşəyin bərkliyi və ya yumşaqlığının universal əyarı yoxdur. Hər şey fərdidir. 
Ümumilikdə isə, həkimlər yumşaq döşəyi yaxşı seçim hesab etmirlər. Döşək seçərkən mütəxəssislər onun üzərində azı 20 dəqiqə uzanıb sizə uyğun gəlib-gəlmədiyini yoxlamağı məsləhət bilirlər. 

Mənbə: Milli.Az

17 fevral 2014
GO BACK