ABI Research şirkətinin analitikləri tərəfindən hazırlanmış hesabata əsasən, ötən il 2012-ci illə müqayisədə dünyada ultrabukların populyarlığı təxminən 2 dəfə artıb: 2013-cü ildə satılmış 182,7 milyon noutbukun 12,3%-i məhz ultrabukların payına düşüb.Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən il bir ultrabukun orta qiyməti 1200 dollar təşkil edib və əsas əməliyyat sistemi qismində Windows 8 və yenilənmiş Windows 8.1 olub.Analitiklər bu il LTE modemlə təchiz edilmiş xeyli sayda ultrabuk istehsalını proqnozlaşdırırlar. Bu qurğuların sonrakı populyarlaşması qiymətinin azalmasından çox asılı olacaq.
Mənbə: Milli.Az