Qadin.NET / Körpəsini əmizdirən analar bunları yesin

Körpəsini əmizdirən analar bunları yesin

 

Ana südü körpənin sağlam inkişafı üçün çox önəmlidir. Süd verən analar bunu nəzərə alaraq, özləri də düzgün qidalanmalıdır.
 Səhər yeməyi

Buğda, ya da çovdar unundan hazırlanmış qara çörək. 2 və ya 1 dilim pendir, yumurta, 4-6 ədəd zeytun, fəsilə uyğun bol tərəvəz (xiyar, pomidor, bibər), 1 çay qaşığı bəhməz, çay.

Səhər və günorta arası

1 ədəd meyvə, 3 ədəd ərik qurusu, ya da 1 stəkan şəkərsiz ərik kompotu. 10 ədəd fındıq.

Günorta yeməyi

1 kasa şorba, 100-150 qram kiftə böyüklüyündə ət və ya toyuq, balıq. Salat, ya da ətsiz tərəvəz yeməyi. Qara çörək, plov, kartof.

Günorta yeməyindən sonra acdığınızda...

1 ədəd təzə meyvə, 1 xörək qaşığı quru üzüm çəyirdəyi, 2 ədəd qoz. 1 stəkan süd, ya da yoqurt.

Axşam yeməyi 

1 kasa şorba. Ətli və ya ətsiz tərəvəz yeməyi. 1 kasa yoqurt, qara çörək, makaron, ya da plov.

Yatmazdan qabaq

1 stəkan süd və 2 ədəd təzə meyvə.

Bundan əlavə, hər gün qida rasionunuza 2-3 fincan çay, 3 litr su və razyana çayı daxil etməniz də məsləhətlidir.

Mənbə: Lent.Az

 

21 yanvar 2014
GO BACK