Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Miladi: 13 yanvar 2014

 

Hicri: 12 rəbiul əvvəl 1435
İlin 13-cü günü
İlin sonuna 352 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.47
Günəş - 08.02
Zöhr - 12.53
Əsr - 15.39
Məğrib - 17.51
İşa - 19.12
1599 — Şair Edmund Spenser vəfat edib.
1822 — Yunan bayrağının dizaynı ilk Milli Məclidə qəbul edildi.
1830 — Nyu-Orlean, Luizianada dəhşətli yanğın başladı.
1896 — Publisist Ruhulla Axundov anadan olub.
1908 — Pensilvaniyada yerləşən Rods Opera Sarayında yanğın nəticəsində 171 nəfər həyatını itirdi.
1915 — İtaliyanın şəhəri Avezzanoda baş vermiş zəlzələ nəticəsində 29800 insan həyatını itirdi.
1942 — Henri Ford plastik kütlədən avtomobil hazırladı, bu avtomobil digər avtomobillərdən 30% daha yüngül idi.
1961 — Aktrisa Culiya Luis-Dreyfus anadan olub.
1977 — Aktyor Orlando Blum anadan olub.
1990 — Bakının "Azadlıq" meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən "Milli Müdafiə Şurası"nın yaradıldığı elan olunub.
1991 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Şaumyan (kənd) rayonu inzibati-ərazi vahidi kimi ləğv edilib və onun ərazisi Goranboy rayonuna birləşdirilib.
1991 — Vilnüsdə Sovet İttifaqının güc qüvvələri müstəqillik istəyən Litva vətəndaşlarına hücum edir.
1997 — Prezident Heydər Əliyev Fransa prezidenti Jak Şirakın dəvətilə Parisə rəsmi səfərə gedib. Səfər gedişində (13-17 yanvar) ikitərəfli sazişlər, o cümlədən Xəzərin Azərbaycan sektorundakı "Lənkəran-dəniz"

və "Talış-dəniz" yataqlarının Fransanın "Elf-Akiten" və "Total" şirkətləri ilə birgə işlənməsinə dair müqavilələr imzalanıb.2001 — Salvadorda zəlzələ 800-dən çox insanın həyatına son qoyur.
2012 — El sənətkarı Alqayıt vəfat edib. 
Mənbə: Milli.Az

13 yanvar 2014
GO BACK