Paltar səbətini qaldırarkən, otağı süpürüb-silərkən, qab-qacağı yuyarkən yanlış hərəkətlərə yol verdikdə bel-boyun ağrıları tapa bilərsiniz. Məsələn, əyilib-düzələrkən diqqət etmək lazımdır ki, kürək əzələlərinə, qıçlara çox ağırlıq düşməsin. Tozsoranla işləyərkən irəliyə doğru addım ataraq getmək, istiqaməti iş görülən yerə meylli etmək və beli bükməmək məsləhətdir. Göründüyü kimi, qaydalara əməl etmək şərtilə fiziki işlə məşğul olduqda bədən formada qalır, orqanizm də sağlam olur. Onu da yadda saxlamaq lazımdır ki, idman etmədən əzələləri həddindən çox yükləmək burxulma və zədələnmələrə səbəb ola bilər.
Mənbə: Mili.Az